“Azərsu” ASC-dən dünya səviyyədə bir ilk…
“AzərsuCİS” Layihəsi Beynəlxalq layihə müsabiqəsində qalib gəldi. [13-14.11.2012]

Azərsu Coğrafi İnformasiya Sistemi (AzərsuCİS) layihəsi 13-14 noyabr 2012-ci il tarixləri arasında Hollandiyanın Amsterdam şəhərində keçirilən “Bentley Beynəlxalq Layihə Müsabiqəsində (Be Inspired Awards)” qalib gəldi.  Hər il keçirilən və bu sahədə dünyanın ən geniş və prestijli müsabiqəsi olaraq qəbul edilən tədbirdə mükafatlandırma proqramı ilə birlikdə “İnfrastruktur idarəçiliyində yeniliklər konfransı” da təşkil edildi. 

Beynəlxalq Bentley (Be Inspired 2012) mükafatlarının məqsədi dünyada dizayn, mühəndislik, inşaat, idarəetmə və layihələrin idarə edilməsində yenilik gətirən layihələri və proqramları seçmək, həmçinin dünyada davamlı olaraq infrastrukturların idarəedilməsi sahəsində qeyri-ənənəvi işlər görən qurum və təşkilatları bu işə təşviq etməkdir. Bu müsabiqədə yeraltı və yerüstü infrastruktur sahələrində layihə hazırlayan bütün istifadəçilər iştirak etdilər. Qalib gələn layihələrin hər biri öz profili üzrə  dünyada məhdud sayda olan və seçilmiş mütəxəssislərdən təşkil edilən müstəqil jüri üzvləri tərəfindən seçilir.
270-dən çox beynəlxalq layihənin iştirak etdiyi müsabiqədə “İçməli su, çirkab suyu və yağış sularının idarə olunmasında yeniliklər” kateqoriyasında “Azərsu” ASC-nin təqdim etdiyi “Azərbaycan yeraltı infrastrukturunun idarə olunması-AzərsuCİS” layihəsi, Gannett Fleming, Inc şirkətinin(ABŞ),  təqdim etdiyi - “Yenilikçi Model, İnformasiya İnteqrasiya mərhələləri” layihəsi və NJS Engineers India Pvt. Ltd. şirkətinin(Hindistan) təqdim etdiyi – “JICA Dəstəkli Agra su təminatı layihəsi” ilə finala çıxaraq son dəyərləndirməyə alındı. Dəyərləndirmə sonunda “Azərsu” ASC-nin təqdim etdiyi layihə ən yüksək mükafata layiq görüldü. 

Amsterdam NH Grand Hotel Krasnapolsky’de keçirilən mükafatlandırma tədbirindən əvvəl 13-14 noyabrda finalçı layihələrin son təqdimatları oldu. “Azərsu” ASC-ni təmsil edən AzərsuCİS layihəsi Samir Qənili tərəfindən təqdim olundu. Sistem dizaynı, layihənin böyüklüyü, layihənin konkret faydaları, gətirilən yeniliklər, orijinal fayda, proqramların effektiv istifadəsi və s. kriteriyalar nəzərə alınmaqla aparılan son qiymətləndirmələrdən sonra hər kateqoriyada birinci olan layihələr elan olundu. “İçməli su, çirkab suyu və yağış sularının idarə olunmasında yeniliklər” kateqoriyasında “Azərsu” ASC-nin təqdim etdiyi “Azərbaycan yeraltı infrastrukturunun idarə olunması-AzərsuCİS” layihəsi jürinin böyük marağını qazanaraq qalib gəldi.

“Azərsu” ASC-ni təmsil edən AzərsuCİS layihəsi, bütün Azərbaycanın içməli su, çirkab suyu və yağış suyunun yeraltı və yerüstü infrastrukturlarının coğrafi inventarının hazırlandığı, sorğulamalar, şəbəkə analizləri ilə modelləşdirmə işlərinin aparılmasının mümkün olduğu coğrafi informasiya sistemidir.
Sistem sayəsində Azərbaycanın bütün içməli su, çirkab suyu və yağış suyu infrastrukturu kompüter mühitində idarə ediləbilməkdədir. Planlaşdırma, inşaat işləri, təmir və istismar kimi idarəetmə fəaliyətlərini AzərsuCİS layihəsinin köməyi ilə etmək mümkündür.

“Azərsu” ASC fəaliyyətlərinin beynəlxalq arenada təmsil edilməsinə böyük əhəmiyyət verməkdədir. Bu tədbirlərdə şirkət öz faliyyətinin qiymətləndirməsini aparmaqla yanaşı dünyadakı yeni texnologiyaların ölkəmizə gətirilməsi, onun istifadəsi və faydaları haqqında əhəmiyyətli təcrübə əldə etməkdədir. 

Hollandiyada keçirilən və öz sahəsində dünyanın ən irimiqyaslı  tədbirlərindən olan bu müsabiqə AzərsuCİS layihəsinin qalib gəlməsi Azərbaycanın və Azərsunun  beynəlxalq miqyasda tanınmasına səbəb oldu. Yarışmanın nəticələri Amerikanın, Avropanın və digər ölkələrin önəmli medya şirkətlərinə elan edildi. Bundan əlavə qalib layihələrin məzmununu əks etdirən kitablar İnfrastruktur sektorundakı 150 min nümayəndəyə paylanılacaq.

Bu yarışma Azərbaycanın informasiya texnologiyaları sahəsində önəmli məsafə qət etdiyini göstərməsi baxımından da əhəmiyyətli oldu.

HidroTürk aramıza hoş geldi.
HİDROTÜRK Projesi Kapanış Toplantısı Gerçekleştirildi.